Derbi öncəsi “Fənərbağça”da Asensio sevinci

3 Sentyabr 2026 22:31
111
Derbi öncəsi “Fənərbağça”da Asensio sevinci

“Fənərbağça” Türkiyə Super Liqasının dördüncü turunda “Beşiktaş”la keçirəcəyi matçın hazırlıqlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 5-də saat 20:00-da Kadıköydə keçiriləcək qarşılaşma öncəsi hazırlığını Can Bartu Təlim Mərkəzində gerçəkləşdirib.

Baş məşqçi İsmail Kartalın rəhbərliyi altında baş tutan məşq isinmə və çeviklik hərəkətləri ilə başlayıb. Ardınca “5-ə 2” formatında topalma və ötürmə çalışmaları, eləcə də dar sahədə pas məşqləri yerinə yetirilib. Hazırlıq taktiki və fərdi çalışmalarla yekunlaşıb.

Bu arada müalicəsi başa çatan Marko Asensio fərdi şəkildə meydanda məşqlərə start verib.

Qeyd edək ki, “Fənərbağça” – “Beşiktaş” görüşü sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

İdman.Biz