Türkiyənin “Trabzonspor” futbol klubu baş məşqçi postu üçün iki portuqaliyalı mütəxəssisi nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, Qara dəniz təmsilçisinin gündəmində Serjio Konseysao və Vitor Pereyra var.
Klub rəhbərliyi yeni baş məşqçi seçimi ilə bağlı xarici mütəxəssislər üzərində dayanıb. Konseysao və Pereyranın namizədliyi rəhbərlik daxilində müzakirə olunur.
Serjio Konseysao daha əvvəl “Portu” və “Milan” kimi klubları çalışdırıb. Vitor Pereyra isə Türkiyə futboluna yaxşı bələddir və karyerası ərzində “Fənərbağça”da da baş məşqçi kimi fəaliyyət göstərib.
