“Trabzonspor”dan 22 yaşlı hücumçu transferi – 17 milyon avroluq anlaşma

3 Sentyabr 2026 01:10
86
“Trabzonspor”dan 22 yaşlı hücumçu transferi – 17 milyon avroluq anlaşma

“Trabzonspor” hücum xəttini “Midtjulland”ın 22 yaşlı futbolçusu Frankulino Dju ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə Trabzon təmsilçisi məlumat yayıb.

Razılaşmaya əsasən, "bordo-mavililər" 22 yaşlı hücumçu üçün “Midtyulland”a 17 milyon avro (34 milyon manat) ödəyəcək. Həmçinin, futbolçunun başqa kluba transferi zamanı əldə olunacaq qazancın 15 faizinin Danimarka təmsilçisinə ödənilməsi də nəzərdə tutulub.

Forvardla 4+1 illik müqavilə imzalayıb. Futbolçunun illik maaşı 2 milyon 125 min avro olacaq.

28 iyun 2004-cü ildə Qvineya-Bisauda anadan olan Dju hücumun mərkəzində çıxış edir. O, futbola Portuqaliyanın “Benfika” klubunun akademiyasında başlayıb və 2023-cü ilin yayında “Midtjulland”a keçib.

1,86 metr boya malik solayaqlı futbolçu ölkəsində millinin də üzvüdür.

İdman.Biz