“Real Madrid”in baş məşqçisi Joze Mourinyo klubun futbolçuların transfer edilməsində son illərdə heç bir çalışdırıcıya verilməyən səlahiyyətə sahib olub.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi əvvəllər baş məşqçilərə heyətin formalaşdırılması və transfer qərarlarında geniş səlahiyyət verməyib. Lakin Mourinyonun gəlişindən sonra vəziyyət dəyişib.
Bildirilir ki, onun sələfləri Karlo Ançelotti, Xabi Alonso və Alvaro Arbeloa transfer qərarlarında bu qədər böyük təsir imkanına malik olmayıb.
“Real Madrid”də yay transfer kampaniyasını uğurlu hesab edirlər. Klub rəhbərliyi və məşqçilər korpusu hazırkı heyətin bütün titullar uğrunda mübarizə aparmağa qadir olduğuna inanır. Bununla belə, komanda oyun tempinə nəzarət edə biləcək yarımmüdafiəçinin transferinə ehtiyac olduğunu da etiraf edir.
Madrid təmsilçisi yayda Yan Diomand, Mark Kukurelya, Bernardo Silva, Denzel Dümfris və digər futbolçuları heyətinə qatıb.
