“Sabah” futbol klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Napoli” kapitanı Covanni Di Lorensonun müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Di Lorenso 2019-cu ilin yayından “Napoli”nin formasını geyinir. O, bu müddətdə komandanın heyətində 307 rəsmi oyuna çıxıb və 20 qol vurub.
İtaliyalı futbolçu Neapol klubu ilə iki dəfə ölkə çempionu olub, həmçinin İtaliya Kuboku və Superkubokunu qazanıb.
