“Qarabağ”ın sabiq futbolçusu Kamilo Durán Şotlandiya Premyer Liqasında “Seltik” - “Aberdin” qarşılaşmasında qol vurub və məhsuldar ötürmə edib.
İdman.Biz xəbər verir ki, “Seltik”in heyətində meydana çıxan kolumbiyalı hücumçu 14-cü dəqiqədə möhtəşəm zərbə ilə hesabı açaraq komandasını 1:0 önə keçirib.
34-cü dəqiqədə Benjamin Nyqren hesabı artırıb. 45+1-ci dəqiqədə isə Yang Hyun-cun Duranın ötürməsindən sonra hesabı 3:0 edib.
Qeyd edək ki, “Qarabağ”dakı uğurlu çıxışından sonra “Seltik”ə transfer olunan Durán qısa müddətdə komandanın hücum xəttinin əsas fiqurlardan birinə çevrilib.
