“Betis”in futbolçusu Pablo Qarsiyanın transferi kövrək anlarla yadda qalıb.
İdman.Biz xəbər verir ki, beş yaşından “Betis”də olan və klubun əsas komandasına qədər yüksələn 20 yaşlı futbolçu komandadan ayrılmalı olub. Sevilya təmsilçisi La Liqanın maliyyə qaydalarına əməl etmək və Dani Sebalyosu heyətinə qatmaq üçün Pablo Qarsiyanı “Rasinq”ə satıb.
Futbolçunu klubun bazasından anası aparıb. Pablo Qarsiya avtomobildə anası ilə birlikdə göz yaşlarına hakim ola bilməyib. Onun anası da sükan arxasında ağlayıb.
Futbolçunu yola salmağa gələn azarkeşlər və jurnalistlər isə onları alqışlarla və təşəkkürlərlə yola salıblar.
