“Mançester Siti”də hamı getdi, bircə Foden qaldı - FOTO

2 Sentyabr 2026 16:36
93
“Mançester Siti”də hamı getdi, bircə Foden qaldı - FOTO

İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Fil Foden sosial şəbəkədə maraqlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, İngiltərə millisinin üzvü klubun 2018/19 mövsümünə aid komanda fotosunu yayımlayıb.

Foden həmin şəkildə artıq “Mançester Siti”də çıxış etməyən bütün futbolçuları rəngsiz edib. Fotoda əvvəlki rəngində qalan yeganə oyunçu isə məhz 26 yaşlı yarımmüdafiəçidir.

İngiltərəli futbolçu klubun akademiyasının yetirməsidir. O, əsas komandada 2017-ci ildə debüt edib və bütün peşəkar karyerasını “Mançester Siti”də keçirib.

Foden bu müddətdə klubla çoxsaylı titullar, o cümlədən Premyer Liqa və UEFA Çempionlar Liqasını qazanıb.

İdman.Biz