“Liverpul” 18 yaşlı qapıçı ilə müqavilə imzaladı

1 Sentyabr 2026 23:40
92
“Liverpul” 18 yaşlı qapıçı ilə müqavilə imzaladı

İngiltərənin “Liverpul” futbol klubu “Genk”in qapıçısı Lukki Brügmansı transfer edib.

İdman.Biz xəbər verir ki, Mersisayd təmsilçisi 18 yaşlı belçikalı ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl transferin 35 milyon avro (70 milyon manat) dəyərində olduğu bildirilib.

Brügmans 2026/27 mövsümünü icarə əsasında “Genk”də keçirəcək.

Qolkiper Belçikanın U-19 millisinin kapitanıdır.

İdman.Biz