“Komo” Moyze Kini “Fiorentina”dan icarəyə götürdü

1 Sentyabr 2026 22:53
87
“Komo” Moyze Kini “Fiorentina”dan icarəyə götürdü

İtaliyanın “Komo” futbol klubu “Fiorentina”nın hücumçusu Moyze Kini icarəyə götürüb.

İdman.Biz xəbər verir ki, müqavilədə futbolçunun transfer edilməsi şərti də yer alıb.

26 yaşlı futbolçu daha əvvəl “Yuventus”, PSJ və “Everton”un formasını geyinib. O, ötən mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 33 matç keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kin A Seriyasında ümumilikdə 173 oyunda 49 qol və 8 assistlə yadda qalıb. Onun Çempionlar Liqasında 24 matçda 5 qolu və 1 məhsuldar ötürməsi var.

İtaliya millisində 26 görüşə çıxan hücumçu 13 dəfə fərqlənib.

“Transfermarkt”ın məlumatına görə, Moyze Kinin bazar dəyəri 32 milyon avrodur (64 milyon manat).

İdman.Biz