Kompani Kloppla görüşdü: “Ortaq məqsədimiz var”

1 Sentyabr 2026 18:13
81
Kompani Kloppla görüşdü: “Ortaq məqsədimiz var”

Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Vensan Kompani ölkə millisinin yeni çalışdırıcısı Yurgen Kloppla görüşüb.

İdman.Biz xəbər verir ki, tərəflər klubla milli komanda arasındakı əməkdaşlıq və futbolçuların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Kompani bildirib ki, klub və milli komandanın maraqları bəzən üst-üstə düşməsə də, hazırda Klopp ilə münasibətlərində belə problem hiss etmir.

Belçikalı mütəxəssis hər iki tərəfin əsas məqsədinin eyni olduğunu vurğulayıb. Onun sözlərinə görə, həm “Bavariya”, həm də Almaniya millisi futbolçuların sağlam və mümkün qədər yaxşı formada olmasında maraqlıdır.

Xatırladaq ki, Klopp bu yay Almaniya millisinin baş məşqçisi təyin olunub. O, artıq “Bavariya”nın futbolçularının vəziyyəti ilə bağlı klubla birbaşa əlaqə qurmağa başlayıb. Alman mütəxəssis bir müddət əvvəl səhhətində problem yaşayan Camal Musiala ilə də şəxsən əlaqə saxlayaraq ona milli komandadakı gələcəyi ilə bağlı narahat olmamağı bildirib.

Kompani isə Klopp ilə dialoqun davam etdirilməsinin həm klub, həm də milli komanda üçün faydalı olacağını qeyd edib.

İdman.Biz