Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi - VİDEO

31 Avqust 2026 02:38
116
Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi - VİDEO

İspaniyanın “Real Madrid” futbol komandasının əfsanəvi müdafiəçisi Serxio Ramos La Liqanın üçüncü turunda keçirilən “Real Madrid” - “Malaqa” oyununda “Santyaqo Bernabeu” stadionunda olub.

İdman.Biz xəbər verir ki, təcrübəli müdafiəçi görüşü VIP lojadan izləyib.

Qeyd edək ki, Madrid klubu qarşılaşmaya sürətli başlayıb və ilk 30 dəqiqədə üç dəfə fərqlənib. Cud Bellinqem hesabı açıb, daha sonra Alfonso Errero avtoqol müəllifi olub, Kilian Mbappe isə fərqi üç topa çatdırıb.

Matçın sonlarında Arda Güler də rəqib qapısına yol tapıb və “Real Madrid” görüşü 4:0 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, Serxio Ramos uzun illər “Real Madrid”in formasını geyinib və klubun kapitanı olub.

İdman.Biz