Benzema “Əl-Hilal”dan ayrıldı

31 Avqust 2026 00:31
86
Benzema “Əl-Hilal”dan ayrıldı

Karim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundakı karyerası başa çatıb.

İdman.Biz xəbər verir ki, 38 yaşlı hücumçu klub rəhbərliyi ilə müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəlib.

Benzema gələcəyi ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacaq. Onun qarşısında karyerasını başa vurmaq və ya Səudiyyə Ərəbistanında başqa klubda çıxış etmək variantları var.

Fransalı futbolçunun Avropaya qayıdışının isə gözlənilmədiyi bildirilir.

Qeyd edək ki, Benzema “Əl-Hilal”a 2026-cı ilin yanvarında keçib.

İdman.Biz