İtaliya A Seriyası: “Yuventus” qalib gəldi, “Fiorentina” doğma meydanda uduzdu - YENİLƏNİB

30 Avqust 2026 01:45
1 119
İtaliya A Seriyası:  “Yuventus” qalib gəldi, “Fiorentina” doğma meydanda uduzdu

İtaliya A Seriyasında 2-ci turun növbəti oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Yuventus” doğma meydanda “Parma”nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada qolların hər ikisi ikinci hissədə vurulub. 63-cü dəqiqədə Niko Qonzales hesabı açıb. 88-ci dəqiqədə isə Teun Koopmeiners fərqi iki topa çatdırıb.

Bu nəticə ilə “Yuventus” A Seriyasında ardıcıl ikinci qələbəsini qazanıb. Turin klubu 6 xalla turnir cədvəlinin lideri “Milan”a çatıb.

“Parma” isə mövsümdə ikinci məğlubiyyətini alıb və 17-ci pillədə qərarlaşıb.

23:10

İtaliya A Seriyasının ikinci turunda “Fiorentina” doğma meydanda “Frosinone”yə 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Antonio Raimondo 26-cı və 68-ci dəqiqələrdə dubl edib. Qabriеле Brakaliya isə 38-ci dəqiqədə fərqlənib.

“Fiorentina” mövsümün ilk iki turunda ikinci məğlubiyyətini alıb. Belə ki, Florensiya təmsilçisi ilk turda “Roma”ya 0:4 hesabı ilə uduzub.

“Frosinone” isə “Yuventus”a 0:1 hesablı məğlubiyyətdən sonra mövsümdə ilk qələbəsini qazanıb.

Günün digər oyunlarında “Sassuolo” “Torino”nu 2:1, “Udineze” isə “Monza”nı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz