Almaniya Bundesliqasının ilk turunda “Bayer” səfərdə çempionatın debütantı “Elversberq”ə 2:3 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Lukas Petkov səkkizinci, Koul Kempbell doqquzuncu, David Mokva isə 46-cı dəqiqədə fərqlənib.
“Bayer”in qollarını Patrik Şik 77-ci, Kristian Kofane isə 90+1-ci dəqiqədə vurub.
“Borussiya Dortmund” isə doğma meydanda “Hamburq”u 2:0 hesabı ilə məğlub edib.
Hesabı doqquzuncu dəqiqədə Seru Girassi açıb.
İlk hissənin sonunda isə meydan sahibləri Sebastyan Bornauyun avtoqolu sayəsində üstünlüyü iki topa çatdırıblar.
Günün digər oyunlarında “Leypsiq” “Borussiya”nı (Mönhenqladbax) 3:1, “Köln” “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib. “Maynts” – “Paderborn” matçında qalib müəyyənləşməyib – 0:0. “Ayntraxt” isə son dəqiqələrdə “Union”la oyunda 3:3 hesablı heç-heçəyə razılaşıb.
