İspaniya La Liqası: “Atletiko Madrid” səfərdə “Sevilya”nı məğlub etdi - YENİLƏNİB + VİDEO

30 Avqust 2026 01:56
1 166
İspaniya La Liqası: “Atletiko Madrid” səfərdə “Sevilya”nı məğlub etdi

İspaniya La Liqasının ikinci turunda “Sevilya” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Atletiko Madrid” ilk hissədə üç qol vuraraq böyük üstünlük əldə edib. 4-cü dəqiqədə Aleks Baena hesabı açıb. 26-cı dəqiqədə Ademola Lokman fərqi iki topa çatdırıb. İlk hissənin 33-cü dəqiqəsində isə Aleks Baena dubl edərək hesabı 3:0 edib.

“Sevilya” 66-cı dəqiqədə Migel Anxel Sierranın qolu ilə fərqi azaltsa da, qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib.

Bu nəticədən sonra “Atletiko Madrid” 7 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. “Sevilya” isə 6 xalla 5-ci pillədə qərarlaşıb.

23:16

İspaniya La Liqasının ikinci turunda “Real Sosyedad” doğma meydanda “Espanyol”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri dördüncü dəqiqədə hesabı açıblar. “Espanyol” ilk hissənin sonlarında tarazlığı bərpa etsə də, “Real Sosyedad” ikinci hissədə qələbə qolunu vurub.

Bu nəticədən sonra “Real Sosyedad” 3 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Espanyol” isə 3 xalla 10-cu yerdədir.

22:22

İspaniya La Liqasının üçüncü turunda “Levante” doğma meydanda “Betis”i 5:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Roçer Bruqe dubl edib. Yon Olasagasti, Adrian de la Fuente və Enso Bardeli isə hərəyə bir dəfə fərqləniblər.

“Betis”in qollarını Mark Bartra və Rodriqo Rikelme vurublar.

Bu nəticədən sonra “Levante” 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Betis” isə 6 xalla 5-cidir.

İdman.Biz