“Aston Villa” “Çelsi”nin hücumçusunu transfer etdi

28 Avqust 2026 22:43
80
“Aston Villa” “Çelsi”nin hücumçusunu transfer etdi

İngiltərənin “Aston Villa” futbol klubu “Çelsi” və Seneqal millisinin hücumçusu Nikolas Ceksonun transferini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçunun keçidi təxminən 76 milyon avroya (təxminən 151 milyon manat) başa gəlib.

Cekson 2023-cü ildə “Vilyarreal”dan 37 milyon avroya “Çelsi”yə keçib. Ötən mövsümü isə icarə əsasında “Bayern”də keçirən hücumçu Münhen klubunun heyətində 34 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Cekson “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə daha əvvəl “Vilyarreal”da da birlikdə çalışıb.

İdman.Biz