“Barselona”da ən yüksək maaşı Rodri və Lamin Yamal alacaq

28 Avqust 2026 20:22
98
“Barselona”da ən yüksək maaşı Rodri və Lamin Yamal alacaq

İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Rodri komandada ən yüksək maaş alan futbolçulardan birinə çevrilib.

İdman.Biz “Capology“-yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin illik məvacibi 31,25 milyon avrodur (təxminən 61,8 milyon manat). Bu məbləği komandanın gənc ulduzu Lamin Yamal da qazanır.

Bununla belə, Rodri və Yamal La Liqanın ən yüksək maaş alan futbolçuları deyil. Bu siyahıya Madrid “Real”ının hücumçuları başçılıq edir. Kilian Mbappenin illik qazancı 71,67 milyon avro (təxminən 141,5 milyon manat), Vinisius Juniorun isə 50 milyon avro (təxminən 98,8 milyon manat) təşkil edir.

Qeyd edək ki, “Barselona” Rodrinin transferini avqustun 18-də rəsmən açıqlayıb. 2024-cü ilin “Qızıl top” qalibi Kataloniya klubu ilə 2030-cu ilədək müqavilə imzalayıb.

İspan yarımmüdafiəçinin transferinin “Barselona”ya 60 milyon avroya başa gəldiyi, müqavilədə əlavə 15 milyon avro bonusun nəzərdə tutulduğu bildirilir.

İdman.Biz