Ruud Qullitdən “Real Madrid” – PSV oyunu ilə bağlı diqqətçəkən fikir

28 Avqust 2026 06:31
90
Ruud Qullitdən “Real Madrid” – PSV oyunu ilə bağlı diqqətçəkən fikir

Niderland futbolunun əfsanəsi Ruud Qullit PSV-nin UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Real Madrid”ə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

İdman.Biz istinadən xəbər verir ki, “Ziggo Sport”a açıqlamasında Qullit “Real Madrid”ə qarşı PSV-nin istifadə edə biləcəyi müəyyən boşluqların olacağını bildirib.

“Real Madrid”ə qarşı həmişə nəsə əldə etməyin mümkün olduğu hissini yaşayırsan. Çünki onların hücumdan sonra geridə qalan futbolçuları olur. Bu zaman PSV-nin istifadə edə biləcəyi boşluqlar yaranır”, – Qullit açıqlamasında deyib.

Bununla belə, əfsanəvi futbolçu Madrid klubunun fərdi keyfiyyətinin son dərəcə yüksək olduğunu vurğulayıb:

“Digər tərəfdən, fərdi keyfiyyət o qədər yüksəkdir ki, kiçik bir səhv belə cəzalandırıla bilər. Düşünürsən ki, hər şey yaxşı gedirdi, amma birdən-birə necə oldu ki, oyun əleyhinə çevrildi? “Real Madrid”ə qarşı əsas təhlükə də budur”.

Qeyd edək ki, PSV səfərdə “Real Madrid”, “Vikinq”, “Portu” və “RB Leypsiq”lə qarşılaşacaq. Doğma meydanda rəqibləri isə Donetsk “Şaxtyor”u, Madrid “Atletiko”su, “Brügge” və “Ştutqart” olacaq.

İdman.Biz