Qalatasaray” Leao üçün “Milan”a yeni təklif göndərdi

26 Avqust 2026 23:16
82
Qalatasaray” Leao üçün “Milan”a yeni təklif göndərdi

İstanbulun “Qalatasaray” futbol klubu “Milan”ın hücumçusu Rafael Leao üçün təklifini dəyişdirib.

İdman.Biz Goal Italia-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi 45 milyon avro və bonuslar qarşılığında 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Təklifə asanlıqla əldə edilə bilən bonuslar da daxildir və yekun məbləğin “Milan”ın müəyyən etdiyi 50 milyon avroluq qiymətə yaxınlaşacağı bildirilir.

Leao ilə “Qalatasaray” arasında şəxsi müqavilənin şərtləri artıq razılaşdırılıb. Portuqaliyalı futbolçu İstanbul klubunda 4 illik müqavilə və mövsümə 12 milyon avro maaş almağa razılıq verib.

“Aston Villa” da futbolçuya marağını davam etdirir. İngiltərə klubu hücum xəttini gücləndirmək üçün Jan-Filip Mateta və Nikolas Cekson kimi alternativ namizədləri də nəzərdən keçirir. “Tottenhem” isə transfer prosesində daha az fəallıq göstərir.

Bu arada Leao bud nahiyəsindəki zədədən sonra “Milan”ın əsas komandası ilə məşqlərə qayıdıb. O, İtaliya çempionatının ilk turunu zədə səbəbindən buraxmışdı. “Milan”ın ikinci turda “Venesiya” ilə oyunu cümə günü keçiriləcək.

İdman.Biz