Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin yarımmüdafiəçi Aleksey Batrakovun “Qalatasaray”a transferi barədə fikirlərini bölüşüb.
İdman.Biz “Matç TV”yə istinadən xəbər verir ki, Arşavin Batrakovun səviyyəsinin Türiyə çempionatı səviyyəsindən yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Batrakovun “Qalatasaray”da ciddi problemi olmayacaq:
“Batrakovda bütün lazımi keyfiyyətlər var. “Qalatasaray” onun üçün tramplin rolunu oynamalıdır. Onun səviyyəsi Türkiyə çempionatından daha yüksəkdir. Düşünürəm ki, onun ciddi problemi olmayacaq. O, Leroy Sane və Viktor Osimhen kimi yüksək səviyyəli futbolçularla bir komandada oynayacaq”.
Qeyd edək ki, 21 yaşlı Aleksey Batrakov Türkiyə klubuna keçib.
