A Seriyası: “Milan” və “Yuventus” mövsümə qələbə ilə başladı – YENİLƏNİB + VİDEO

24 Avqust 2026 01:18
791
A Seriyası: “Milan” və “Yuventus” mövsümə qələbə ilə başladı – YENİLƏNİB + VİDEO

İtaliyanın “Milan” futbol komandası A Seriyasının 2026/27 mövsümünə qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, Ruben Amorimin komandası səfərdə “Torino” ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

İlk hissədə hesab açılmayıb. “Milan” 65-ci dəqiqədə Adrien Rabyonun ötürməsindən sonra Alfaco Sissenin qolu ilə önə keçib. Ardınca Rabyo özü fərqlənərək hesabı 2:0-a çatdırıb. Bu dəfə məhsuldar ötürməni Samu Çukvueze edib.

“Torino” matçın sonlarında Çe Adamsın qolu ilə fərqi azaltsa da, “Milan” üstünlüyünü qoruyaraq üç xala sahib çıxıb.

Turun digər oyununda “Atalanta” öz meydanında “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib.

Berqamo təmsilçisi altıncı dəqiqədə Cakomo Raspadorinin qolu ilə hesabı açıb. “Sassuolo” ikinci hissədə Kas Odentalın qolu ilə bərabərliyi təmin etsə də, 65-ci dəqiqədə Nikola Krstoviç “Atalanta”nın qələbə qolunu vurub.

23:02

İtaliyanın “Yuventus” futbol komandası A Seriyasında səfərdə “Frozinone” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Turin klubu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.

Qonaqlar matçın əvvəlindən təşəbbüsü ələ alsalar da, hesab yalnız ikinci hissədə açılıb. Şiku Konseysaunun ötürməsindən sonra Bremer fərqlənərək “Yuventus”u önə keçirib.

Qalan dəqiqələrdə Luciano Spallettinin komandası üstünlüyünü qoruyub və qarşılaşmanı minimal hesablı qələbə ilə başa vurub.

Turun digər oyununda “Leççe” səfərdə “Venesiya”nı 2:0 hesabı ilə məğlub edib.

İlk qol 46-cı dəqiqədə Olaf Gorter tərəfindən vurulub. 80-ci dəqiqədə isə Tyaqo Qabriel yekun hesabı müəyyənləşdirib.

İdman.Biz