İngiltərənin “Arsenal” futbol klubu Premyer Liqanın 2026/2027 mövsümünə böyükhesablı qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, Londonun “Emireyts” stadionunda keçirilən birinci turun oyununda “topçular” “Koventri Siti”yə 3:0 hesabı ilə qalib gəliblər.
Hesab 15-ci dəqiqədə Kay Havertsin qolu ilə açılıb. Cəmi səkkiz dəqiqə sonra Bukayo Saka fərqi iki topa çatdırıb.
İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Martin Edeqor “Arsenal”ın üçüncü qolunu vuraraq görüşün yekun hesabını müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, “Arsenal” ötən mövsüm Premyer Liqanı 85 xalla çempion kimi başa vurub. Frenk Lempardın baş məşqçisi olduğu “Koventri Siti” isə 95 xal toplayaraq Çempionşipin qalibi olub və Premyer Liqaya yüksəlib.
Mikel Artetanın komandası növbəti turda avqustun 31-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq. “Koventri Siti” isə avqustun 29-da “Hall Siti”ni qəbul edəcək.
