Hansi Flik De Yonqu kapitanlıqdan məhrum edib

21 Avqust 2026 07:23
91
Hansi Flik De Yonqu kapitanlıqdan məhrum edib

İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Frenki de Yonq komandanın kapitanlarından biri statusunu itirib.

İdman.Biz xəbər verir ki, “Cadena SER”in məlumatına görə, bu qərar klub rəhbərliyi tərəfindən deyil, birbaşa baş məşqçi Hansi Flik tərəfindən qəbul olunub.

Almaniyalı mütəxəssisin De Yonqun davranışından narazı olduğu bildirilir. Buna səbəb futbolçunun zədəli olmasına baxmayaraq, dünya çempionatında meydana çıxması olub.

De Yonq turnirdən sonra məzuniyyətə yollanıb və yalnız komandaya qayıtdıqdan sonra tibbi müayinədən keçib. Bu vəziyyət Flikin narazılığına səbəb olub.

Nəticədə baş məşqçi niderlandlı yarımmüdafiəçidən kapitan sarğısını almaq qərarına gəlib.

İdman.Biz