“Tottenhem” “Mançester Siti”dən iki futbolçu üçün 151 milyon ödəyəcək

21 Avqust 2026 02:48
88
“Tottenhem” “Mançester Siti”dən iki futbolçu üçün 151 milyon ödəyəcək

İngiltərənin “Mançester Siti” və “Tottenhem” futbol komandaları braziliyalı vinger Savinyonun transferi ilə bağlı razılığa gəliblər.

İdman.Biz xəbər verir ki, “Globo”nun məlumatına görə, 22 yaşlı futbolçunun keçidi “Tottenhem”ə 99 milyon avroya (194 milyon AZN) başa gələcək. Məbləğin 93,3 milyon avrosu sabit ödəniş, 5,7 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.

Savinyonun daha çox oyun vaxtı qazanmaq məqsədilə “Mançester Siti”dən ayrılmaq istədiyini kluba bildirdiyi qeyd olunur. Yaxın zamanda ona Londona yollanaraq tibbi müayinədən keçmək üçün icazə veriləcəyi gözlənilir.

Mənbənin məlumatına əsasən, “Mançester Siti”nin misirli hücumçusu Omar Marmuş da “Tottenhem”ə keçəcək. London klubu iki futbolçunun transferi üçün ümumilikdə 151 milyon avro (293 milyon AZN) ödəyəcək.

Savinyо ötən mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Marmuş isə 36 qarşılaşmada səkkiz qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz