“Mançester Yunayted” və “Aston Villa”nın sabiq qapıçısı vəfat edib - FOTO

14 Avqust 2026 15:24
145
“Mançester Yunayted” və “Aston Villa”nın sabiq qapıçısı vəfat edib

İngiltərənin “Mançester Yunayted” və “Aston Villa” futbol klublarının sabiq qapıçısı Cimmi Rimmer vəfat edib.

İdman.Biz xəbər verir ki, veteran futbolçu 78 yaşında dünyasını dəyişib.

“Mançester Yunayted”in akademiyasının yetirməsi olan Rimmer 1968-ci ildə Avropa Çempionlar Kubokunu qazanan komandanın heyətində yer alıb.

O, 1977-ci ildə “Aston Villa”ya keçib və burada altı mövsüm çıxış edib. Birmingem təmsilçisinin heyətində İngiltərə çempionatında 229 matç keçirən veteran qapıçı 1981/1982-ci illər mövsümündə ikinci dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Rimer həmin turnirdə öz komandasının iştirakı ilə keçirilmiş bütün matçlarda meydana çıxıb. “Bavariya”ya qarşı final görüşündə ilk dəqiqələrdə meydana çıxan Rimer oyunun əvvəlində zədə alaraq əvəzlənib. “Aston Villa” həmin qarşılaşmada Almaniya nəhənginə 1:0 hesabı ilə qalib gələrək titula yiyələnib.

Qeyd edək ki, Cimmi Rimmer, həmçinin “Arsenal” və “Suonsi”nin formasını geyinib, İngiltərə millisində isə bir oyun keçirib.

İdman.Biz