Pol Poqba “Monako”nun məşq zamanı zədələnib

11 Avqust 2026 20:06
187
Pol Poqba “Monako”nun məşq zamanı zədələnib

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba komandanın İngiltərədəki təlim-məşq toplanışı zamanı zədələnib.nice-matin-in məlumatına görə,

İdman.Biz bildirir ki, məşq zamanı Poqba qışqıraraq yoldaşlıq oyunu zamanı yerə yıxılıb.

Komanda həkimləri dərhal ilk tibbi yardım göstərib və sol buduna sarğı qoyublar, fransız isə meydandan axsayaraq çıxıb. Qeyd olunub ki, Poqba artıq yayın əvvəlində diz problemləri ilə üzləşib və bu da onun tam məşq etməsinə mane olub. Yarımmüdafiəçi məşqçisindən və komanda yoldaşlarından dəstək alıb.

Poqba 2025-ci ilin yayında “Monako”ya qoşulub və uzun fasilədən sonra altı oyun keçirib.

İdman.Biz
Məqalədə: