İspaniyanın "Qranada" klubu qapıçı Luka Zidanla müqavilənin ləğv olunduğunu elan etdi.
İdman.Biz bildirir ki, Luka əfsanəvi fransız yarımmüdafiəçisi Zinəddin Zidanın oğludur.
“Qranada” Futbol Klubu və qapıçı Luka Zidan müqavilə münasibətlərinə son qoymaq barədə razılığa gəliblər.
Fransalı qapıçı kluba 2024-cü ilin yayında gəlib və "Qranada" üçün La Liqa və Kral Kubokunda ümumilikdə 45 oyun keçirdikdən sonra ayrılıb.
Klub son iki mövsümdəki sədaqətinə görə Luka Zidana təşəkkür edir və ona növbəti peşəkar fəaliyyətində uğurlar arzulayır”, - “Qranada”nın rəsmi saytı məlumat yayıb.
