İngiltərənin “Arsenal” futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində keçirdiyi yoxlama görüşündə məğlub olub.
İdman.Biz xəbər verir ki, London təmsilçisi Dublində İspaniyanın “Real Betis” klubuna 1:3 hesabı ilə uduzub.
İspaniya komandası ilk hissədə “Arsenal”ın müdafiədə buraxdığı səhvlərdən yararlanıb. Rodriqo Rikelme, Nelson Deossa və Pablo Fornals fərqləniblər. Londonluların yeganə qolunu Pyero İnkapye vurub.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta qarşılaşmadan sonra futbolçularının nəticəyə sərt reaksiya verdiyini bildirib:
“Oyunçular çox qəzəbli idilər. Mən onların bu reaksiyasını bəyəndim. Komandada yüksək tələbkarlıq və qalib gəlmək istəyi var. Buraxdığımız səhvlər üzərində işləməliyik”.
İspaniyalı mütəxəssis məğlubiyyətin mövsümə hazırlıq baxımından faydalı dərs olduğunu vurğulayıb.
Matçda “Arsenal”ın 19 yaşlı futbolçusu Lui Kopli də dizindən zədələnib. Meydana sonradan daxil olan müdafiəçi doqquz dəqiqə sonra oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, “Arsenal” növbəti yoxlama oyununu avqustun 9-da Dortmund “Borussiya”sına qarşı keçirəcək. London klubu avqustun 21-də İngiltərə Premyer Liqasının yeni mövsümündə “Koventri” ilə qarşılaşacaq.
