DÇ-2026-nın oyun cədvəli canlı yayımda açıqlanacaq

Xəbərlər
19 Yanvar 2024 12:11
151
DÇ-2026-nın oyun cədvəli canlı yayımda açıqlanacaq

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyun cədvəlinin açıqlanacağı vaxt bəlli olub.

İdman.biz xəbər verir ki, bu məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək mundialın cədvəli fevralın 4-də Şərq saatı ilə 15:00-da (Bakı vaxtı ilə fevralın 5-də 00:00-da) açıqlanacaq. Tədbir FİFA və tərəfdaşı olan televiziya kanalları ilə bütün dünyaya canlı yayımlanacaq.

Dünya çempionatının 104 oyununun hər birinin hansı şəhərdə və stadionda keçiriləcəyi, başlama saatları bəlli olacaq. Həm qrup mərhələsinin, həm pley-off raundlarının görüşlərinin arenaları dəqiqləşəcək ki, finalı qəbul edəcək stadion da açıqlanacaq.

Qeyd edək ki, DÇ-2026 48 komandanın iştirakı ilə keçirilən ilk mundial kimi tarixə düşəcək. Matçlar ümumilikdə 16 şəhərdə təşkil olunacaq.

İdman.biz

Məqalədə: