"Qaziantep" "Kayserispor"u darmadağın etdi

21 Aprel 2026 00:42
191
"Qaziantep" "Kayserispor"u darmadağın etdi

Türkiyə çempionatında 30-cu tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son oyununda "Qaziantep" doğma meydanda "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib.

Qolları 25-ci dəqiqədə Bayo, ilk hissənin əlavə vaxtında isə Ait Bennasser vurub. Meydan sahibləri oyuna nəzarət edərək inamlı qələbə qazanıblar.

30 turdan sonra "Qalatasaray" 71 xalla turnir cədvəlinin lideridir. "Fənərbağça" 67 xalla ikinci, "Trabzonspor" 65 xalla üçüncü, "Beşiktaş" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: