“Milan” üçün kolumbiyalı hücumçu

Xəbərlər
3 Yanvar 2024 13:48
147
“Milan” üçün kolumbiyalı hücumçu

"Milan" qış transfer pəncərəsində hücum xəttini gücləndirməyə qərar verib.

İdman.biz xəbər verir ki, İtaliya klubu Con Duranın xidmətində maraqlıdır.

"Aston Villa"nın forvardı qış transfer pəncərəsində A seriyası təmsilçisinə keçə bilər. Milanlılar kolumbiyalı futbolçu üçün ilkin danışıqlara start veriblər.

Qeyd edək ki, cənubi amerikalı cari mövsümdə 21 oyun keçirib. O, 4 qol və 1 assistə imza atıb.

Məqalədə: