“Oskar” mükafatı laureatı: “İtaliya üçün qara bir gündür”

1 Aprel 2026 18:37
164
“Oskar” mükafatı laureatı: “İtaliya üçün qara bir gündür”

İtaliyanın 2026-cı il dünya çempionatının pley-off mərhələsindəki uğursuzluğundan hətta “Qladiator” filmindəki Maksimus roluna görə “Oskar” mükafatı qazanan populyar Hollivud aktyoru Rassel Krou belə məyus olub.

İdman.Biz bildirir ki, İtaliya yığması pley-offda penaltilərlə Bosniya və Herseqovinaya məğlub olub – 1:4. Oyunun əsas və əlavə vaxtı isə 1:1 hesabı ilə bitmişdi.

“İtaliya üçün qara bir gündür, Dünya çempionatına vəsiqə qazana bilmədiyikləri gündən sonrakı gün. Yenə. Bu qədər istedadla bu necə mümkündür? Bütün ölkəyəgörə təssüf edirəm”, - Krou bildirib.

İdman.Biz