İsveçli müdafiəçi müqaviləni artırıb

Xəbərlər
30 Dekabr 2023 22:27
117
İsveçli müdafiəçi müqaviləni artırıb

“Mançester Yunayted” Viktor Lindelöflə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, isveçli müdafiəçi 2024/2025 mövsümünün sonunadək komandada çıxış edəcək.

Lindelöf 2017-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur. Onun “qırmızı şeytanlar”la əvvəlki müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, hazırki mövsümdə 20 oyunda komandanın şərəfini qoruyub. O, bu görüşlərdə bir qol vurub və bir ötürmə edib.

İdman.biz