İngiltərə Premyer Liqasında ilk “11-liy”i - ADLAR

Xəbərlər
28 Dekabr 2023 13:32
112
İngiltərə Premyer Liqasında ilk “11-liy”i - ADLAR

ESPN ilin İngiltərə Premyer Liqasının ən yaxşı futbolçularından ibarət simvolik komandasını açıqlayıb.

İdman.biz xəbər verir ki, “11-lik”də 7 klubun oyunçusuna yer verilib.

Onlardan “Mançester Siti” və “Arsenal” ən çox futbolçu ilə təmsil olunub.

Simvolik “11-lik”
Qapıçı:
Emilyano Martines (“Aston Villa”)
Müdafiəçilər: Kayl Uolker (“Mançester Siti”), Vilyam Saliba (“Arsenal”), Ezri Konsa (“Aston Villa”), Den Byörn (“Nyukasl”)
Yarımmüdafiəçilər: Rodriqo Ernandes (“Mançester Siti”), Deklan Rays (“Arsenal”), Martin Edeqor (“Arsenal”)
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Erlinq Holand (“Mançester Siti”), Son Hın Min (“Tottenhem”).

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 19 turdan sonra 42 xala malik "Liverpul" başçılıq edir.

İdman.biz

Məqalədə: