Messi nikaha gizlin gedib

Xəbərlər
26 Dekabr 2023 10:40
685
Messi nikaha gizlin gedib

ABŞ MLS-in "İnter Mayami"sində ulduz forvard Lionel Messi həyat yoldaşının bacısı Antonella Rokuzzonun nikah mərasiminə qatıla bilməyib.

İdman.biz “Marca”ya istinadən xəbər verir ki, Argentinanın Rosario şəhərində baş tutan tədbir təhlükəsizlik baxımından gizli saxlanılsa da, ətrafdakı insanlar bundan duyuq düşüb.

Təhlükəsizlik tədbirləri sakinlərin diqqətini çəkib və onlar kilsə ətrafına toplaşmağa başlayıblar. Nikahın kimə məxsus olduğu bilindikdə isə Messini görmək ümidi ilə kilsənin ətrafında böyük bir izdiham yaşanıb.

Bu səbəbdən Messi mərasimə gizlin qoşulub. Yaxınlarından başqa onu gəlib-getməsini görən olmayıb.

İdman.biz

Məqalədə: