Avropa Liqasının əsas mərhələsinin ən yaxşı bombardiri açıqlanıb

30 Yanvar 2026 04:40
166
Avropa Liqasının əsas mərhələsinin ən yaxşı bombardiri açıqlanıb

2025/26 Avropa Liqasının əsas mərhələsi başa çatıb.

İdman.Biz bildirir ki, “Ludoqorets”in serbiyalı yarımmüdafiəçisi Petar Staniç ən çox qol vuran oyunçudur. O, səkkiz oyunda yeddi qol (üçü penaltidən) vuraraq qol yarışında birinci yeri tutub.

“Braqa”nın uruqvaylı hücumçusu Rodriqo Salazar və “Nottinqem Forest”un hücumçusu İqor Jezus hərəyə altı qol vurublar.

2025/26 Avropa Liqasının pley-off mərhələsinin püşkatması 30 yanvarda Nyondakı Avropa Futbol Evində keçiriləcək. Bu mövsümün finalı İstanbuldakı “Beşiktaş” stadionunda 20 may 2026-cı ildə olacaq.

İdman.Biz