Avropa Liqasının əsas mərhələsinin yekun cədvəli: qaliblər və məğlublar məlumdur

30 Yanvar 2026 02:30
84
Avropa Liqasının əsas mərhələsinin yekun cədvəli: qaliblər və məğlublar məlumdur

2025/2026 mövsümünün Avropa Liqasının əsas mərhələsi başa çatıb.

İdman.Biz bildirir ki, turnir cədvəlinə 21 xalla Fransanın “Lion” klubu başçılıq edir.

Daha sonra “Aston Villa”, “Midtyulland”, “Betis”, “Porto”, “Braqa”, “Frayburq” və “Roma” yer alıb. Bu səkkiz komanda birbaşa turnirin 1/8 final mərhələsinə yüksəliblər.

9-cudan 24-cü yerə qədər olan yerləri “Genk”, “Bolonya”, “Ştutqart”, “Ferensvaroş”, “Nottinqem Forest”, “Viktoriya Plzen”, “Srvena Zvezda”, “Selta Viqo”, PAOK, “Lill”, “Fənərbağça”, “Panatinaikos”, “Seltik”, “Ludoqorets”, “Dinamo Zaqreb” və “Brann” tutublar. Bu komandalar pley-offda çıxış edəcəklər.

Turnirdən kənarlaşdırılan komandalar isə bunlardır: “Makkabi Təl-Əviv”, “Utrext”, “Malmö”, “Nitsa”, “Reyncers”, “Şturm”, “Bazel”, “Feyenoord”, “Qo Ehed İqlz”, FCSB, “Zalsburq” və “Yanq Boyz”.

İdman.Biz