“Yuventus”un və İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffon “İnter Mayami”nin hücumçusu Lionel Messi və “Əl-Nəsr”in forvardı Kriştianu Ronaldunu müqayisə edib.
İdman.Biz bildirir ki, Buffon onların futbol meydançasındakı fərqli rollarını vurğulayıb.
“Onlar tamamilə fərqli iki oyunçudurlar. Messi hücumlara dərindən başladığı üçün daha çoxyönlüdür. Daha tipik oyun qurucusunun texniki bacarığı və vizyonu var. Bəlkə də yaşına görə Kriştianu Ronaldu cərimə meydançasında əsl qatilə çevrilib. Əvvəlki halı ilə müqayisədə Ronaldu enerjiyə qənaət edir, ona görə də artıq topu ayaqları arasından keçirmək və ya möhtəşəm zərbə endirmək üçün cinahlara qaçmır. Top cərimə meydançasında olanda qol vurmaq üçün fürsətlər yarada bilər”, - BolaVip Buffondan sitat gətirir.
