“Lionsgate” şirkəti “Mançester Yunayted”in tarixi haqqında sənədli serial hazırlayacaq.
Bu barədə İdman.Biz “The Athletic”ə istinadən məlumat verir.
Mənbəyə görə, film çəkilərkən Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Yelizavetanın həyatından bəhs edən “Tac” filmi nümunə götürüləcək və real həyat hadisələri tarixi dram formatında təqdim olunacaq. Məlumata əsasən, serial istehsal olunarsa və böyük bir yayım platformasına satılarsa, klub bir neçə milyon dollar zəmanətli ödəniş alacaq. Film hazırda hazırlıq mərhələsindədir.
Potensial qonorar məbləği sifariş edilən və istehsal olunan mövsümlərin sayından, eləcə də yayım müqaviləsinin miqyasından asılı olaraq artacaq.
