Nigeriya Afrika Millətlər Kubokunda üçüncü yeri tutub - VİDEO

Xəbərlər
17 Yanvar 2026 22:31
37
Nigeriya Afrika Millətlər Kubokunda üçüncü yeri tutub

Afrika Millətlər Kubokunda Misir və Nigeriya arasında üçüncü yer uğrunda oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyunun əsas və əlavə vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Penaltilərdə isə Nigeriya qələbə qazanıb - 4:2.

Misir yığmasının hücumçusu Məhəmməd Salah penaltilər seriyasında qol vura bilməyib.

Yarımfinalda Nigeriya millisi Mərakeşə penaltilər seriyasında məğlub oldu (0:0, penaltilər seriyasında 2:4). Misir isə Seneqala 0:1 hesabı ilə uduzub.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Final görüşü sabah Mərakeş və Seneqal arasında olacaq.

İdman.Biz