Fransa millisi Zidanı təyin etmək üçün rəsmi addımlar atıb – L'Équipe

Xəbərlər
16 Yanvar 2026 23:25
34
Fransa millisi Zidanı təyin etmək üçün rəsmi addımlar atıb – L'Équipe

Fransa Futbol Federasiyası (FFF) Zinəddin Zidanı milli komandanın baş məşqçisi təyin etmək üçün rəsmi addımlar atıb.

İdman.Biz bu barədə L'Équipe qəzetinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar məxfidir və hazırda ilkin mərhələdədir. Belə bir səviyyəli mütəxəssisin təyin edilməsi üçün bir sıra məqamlar, xüsusən də məşqçi heyətinin tərkibi və işi ilə bağlı razılıq tələb olunur.

Vurğulanır ki, danışıqlar uğurlu olarsa, Zidanın ilk vəzifələrindən biri öz heyətini inteqrasiya etmək və iş fəlsəfəsini dəyişdirmək üçün Fransa milli komandasının məşqçi heyətinin təşkilati strukturunu yenidən qurmaq olacaq.

Daha əvvəl media orqanları “Real Madrid”in Zidanı Fransa milli komandasındakı məşqçilik vəzifələrindən imtina etməyə inandırmaqla onu geri qaytarmaq istədiyini bildirmişdi.

İdman.Biz