“Çelsi”nin yarımmüdafiəçisi Fakundo Buonanotte “Lids”ə keçib

Xəbərlər
15 Yanvar 2026 20:57
43
“Çelsi”nin yarımmüdafiəçisi Fakundo Buonanotte “Lids”ə keçib

“Çelsi” rəsmi saytında sentyabr ayından bəri “Brayton”da icarədə olan yarımmüdafiəçi Fakundo Buonanotteni geri çağırdığını açıqlayıb.

İdman.Biz bildirir ki, “göylər” rəsmi saytında 21 yaşlı futbolçunun mövsümün sonuna qədər “Lids”də icarədə olacağını açıqlayıblar.

Bu mövsüm Buonanotte bütün yarışlarda səkkiz oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.

İdman.Biz