A Seriyası: “İnter” minimal hesabla “Leççe”yə qalib gəlib - YENİLƏNİB + VİDEO

Xəbərlər
15 Yanvar 2026 02:00
47
A Seriyası: “İnter” minimal hesabla “Leççe”yə qalib gəlib

İtaliya A Seriyasının 16-cı turunun “İnter” və “Leççe” komandaları arasında təxirə salınmış oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Milandakı “Stadio Giuseppe Meazza”da qarşılaşıblar.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 78-ci dəqiqədə Françesko Espozito vurub.

00:42

İtaliya A Seriyasının 16-cı turunun “Napoli” və “Parma” arasında təxirə salınmış oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda oynayıblar.

Görüşdə hesab açılmayıb – 0:0.

“Napoli” bu mövsüm 40 xal qazanaraq “Milan”a çatıb. “Parma” isə 22 xalla 14-cü yerdədir.

İdman.Biz