Tebas “Barselona” - “Real Madrid” münasibətlərinin pozulması barədə: “Buna yalnız sevinirəm”

Xəbərlər
14 Yanvar 2026 22:39
49
Tebas “Barselona” - “Real Madrid” münasibətlərinin pozulması barədə: “Buna yalnız sevinirəm”

La Liqa prezidenti Xavyer Tebas “Barselona” ilə “Real Madrid” arasındakı münasibətlərin pozulmasından danışıb.

İdman.Biz xəbər verir ki, daha əvvəl Kataloniya prezidenti Joan Laporta belə bir açıqlama vermişdi: “Bizi bir-birimizdən ayıran bir neçə məsələ var. Biz onsuz da barışmaz və əbədi rəqib idik, amma indi münasibətlərimizi kəsən bir vəziyyət yaranıb”.

“Bu, məni narahat etmir. Superliqa problemləri üzündən vəziyyətin pisləşməsinin böyük bir problem olduğunu düşünmürəm; mən buna yalnız sevinirəm.

“O, əsəbiləşdi”, “onlar dost idilər”... Bunların heç biri bizə təsir etmir. Bir-birimizə qarşı nəzakətli olmalıyıq”, - Tebas deyib.

Daha əvvəl “Barselona”nın Avropa Superliqasından imtina etdiyi bildirilirdi. Beləliklə, layihədə yalnız “Real Madrid” qalıb.

İdman.Biz