“Dinamo Moskva” Ülvi Babayevlə müqaviləni uzadıb

Xəbərlər
14 Yanvar 2026 21:08
50
“Dinamo Moskva” Ülvi Babayevlə müqaviləni uzadıb

“Dinamo Moskva” cinah oyunçusu Ülvi Babayevlə müqaviləni uzadıb.

İdman.Biz bildirir ki, “ağ-göylər”in mətbuat xidməti bunu rəsmi olaraq açıqlayıb.

Oyunçunun yeni müqaviləsi 2028/2029 mövsümünün sonuna qədərdir və 2030-cu ilin yayına qədər əlavə bir il müddətinə seçim imkanı da daxildir.

“Birlikdə işləməyə davam etməkdən məmnunuq”, - “Dinamo”nun mətbuat xidməti Telegram kanalında bildirib.

Ülvi Babayev “Dinamo”nun gənclər sisteminin yetirməsidir. 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi bu yaya qədər qüvvədə idi. Əvvəllər Babayevin “Spartak Moskva”ya keçməyə yaxın olduğu bildirilirdi. Mediada yayılan məlumatlara görə, “qırmızı-ağlar” onu azad agent kimi transfer etmək istəyirdilər.

İdman.Biz