“Çelsi”nin yeni baş məşqçisi klubun məşq bazasına gəlib - FOTO

Xəbərlər
7 Yanvar 2026 03:05
55
“Çelsi”nin yeni baş məşqçisi klubun məşq bazasına gəlib

“Çelsi”nin yeni baş məşqçisi Liam Rosenior London klubunun “Kobhem” təlim-məşq bazasına gəlib.

İdman.Biz xəbər verir ki, “göylər”in mətbuat xidməti 41 yaşlı mütəxəssisin komandanın təlim-məşq mərkəzində çəkilmiş şəklini sosial media platforması X-də paylaşıb.

Liam Rosenior bu ilin 1 yanvarında istefaya göndərilən italiyalı məşqçi Entso Mareskanı əvəz edib. Rosenior daha əvvəl Fransanın Liqa 1-də “Strasburq”da analoji vəzifədə çalışıb.

Yeni məşqçi ilə 2032-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. “Çelsi” hazırda İngiltərə Premyer Liqasında 20 oyunda 31 xalla beşinci yerdədir.

İdman.Biz