“Mançester Siti”nin müdafiəçisi Cahmay Simpson-Pyuzi 2025/26 mövsümünün qalan hissəsini Almaniyanın “Köln” klubunda keçirəcək.
İdman.Biz bildirir ki, Bundesliqa klubu 20 yaşlı ingilisin icarəyə götürüldüyünü komandanın rəsmi saytında açıqlayıb.
Tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərənin 20 yaşadək futbolçusu İspaniyaya uçaraq La Nusiyada qalan heyətə qoşulub.
Simpson-Pyuzi “Mançester Siti”nin gənclər akademiyasının yetirməsidir. Cari mövsümün başlamasından əvvəl müdafiəçi Şotlandiya klubu “Seltik”ə icarəyə verilib və 5 yanvarda kluba qayıdıb. O, mövsümün ilk yarısında iki oyunda iştirak edib - “Seltik”in əsas və ehtiyat komandalarında.
