Əlcəzair yığması Afrika Millətlər Kubokunun dörddəbir finalına çıxıb - VİDEO

Xəbərlər
6 Yanvar 2026 22:44
90
Əlcəzair yığması Afrika Millətlər Kubokunun dörddəbir finalına çıxıb

Afrika Millətlər Kubokunda Əlcəzair və Konqo Demokratik Respublikası arasında keçirilən 1/8 final matçı başa çatıb.

İdman.Biz bildirir ki, Əlcəzair matçı 1:0 hesabı ilə qazanıb.

Oyun əsas vaxtda qolsuz başa çatıb. Əlcəzairin qələbə qolunu 119-cu dəqiqədə Adil Bulbina vurub.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş iyirmi dörd milli komanda iştirak edir.

Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kubokunun çempionu 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d'İvuardır.

İdman.Biz