“Nottingem Forest”dən vida açıqlaması

Xəbərlər
19 Dekabr 2023 21:27
180
“Nottingem Forest”dən vida açıqlaması

“Nottingem Forest” baş məşqçi Stiv Kuperlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, komandanın İngiltərə Premyer Liqasındakı nəticələri rəhbərliyi razı salmayıb.

Klub prezidenti Evangelos Marinakisin açıqlamasında Kuperə təşəkkür edilib və “Siti Qraund” arenası qapılarının onun üçün daima açıq olduğunu bildirilib: “Nottingem şəhəri və azarkeşləri ilə sıx münasibətə görə, Stivə təşəkkür edirik. Kuper həmişəlik klubun dostu qalacaq və “Siti Qraund” stadionunda onu görmək bizə xoş olacaq”.

Qeyd edək ki, 44 yaşlı uelsli məşqçi 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edir. Bu mövsümdə “Nottingem” 17 turdan sonra 14 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

İdman.biz